Uti

Tarixi Qafqaz Albaniyası əraziləri
Uti
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Əhalisi Antik dövr: albanlar, utilər, udilər, saklar.
Orta əsrlər:azərbaycanlılar, ermənilər.
Müasir dövr: azərbaycanlılar, ermənilər.
Xəritədə yeri
Uti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antikorta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini[1] və müsir Ermənistan Respublikasının TavuşGeğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı.

Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar[2] E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının[3] Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın BizansSasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.

551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir.

  1. Uti (cild IX). Azərbaycan Sovet Ensiklopediyası. 469. (#accessdate_missing_url)
  2. Hewsen, Robert H. Ethno-History and the Armenian Influence upon the Caucasian Albanians (in Thomas J. Samuelian, ed., Classical Armenian Culture: Influences and Creativity). Pennsylvania: Scholars Press. 1982.

    What do we know of the native population of these regions — Arc’ax and Utik — prior to the Armenian conquest? Unfortunately, not very much. Greek, Roman, and Armenian authors together provide us with the names of several peoples living there, however — Utians, in Otene, Mycians, Caspians, Gargarians, Sakasenians, Gelians, Sodians, Lupenians, Balas[ak]anians, Parsians and Parrasians — and these names are sufficient to tell us that, whatever their origin, they were certainly not Armenian. Moreover, although certain Iranian peoples must have settled here during the long period of Persian and Median rule, most of the natives were not even Indo-Europeans.

  3. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Когда же Арташэс напал на Еруанда, последний находился в пределах Алуанка, в гаваре Ути. Оставив там свои войска, [Арташэс] отправился в свой город. Прибыв туда, он присоединил к себе войска алуанские, вышел на берег Геламского озера, где вместе с ними прогнал Еруанда и завладел Арменией.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy